Bulvara çıxan keçiddə meyit tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bulvara çıxan keçiddə meyit tapıldı

11:16 - 06 / 02 / 2017
Bulvara çıxan keçiddə meyit tapıldı

Bakıda piyada keçidində meyit tapılıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, Mikayıl Useynov küçəsindən bulvara keçən piyada keçidindən 40-45 yaşlı kişi meyiti tapılıb.

Həmin şəxsin hansı şəraitdə vəfat etdiyi məlum deyil.

Keçiddə meyitin olduğu barədə polisə sakinlər məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
869

Son xəbərlər

Bütün xəbərlər