Hikmət Hacıyev Kazimirovun Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən yazılarına cavab verib | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev Kazimirovun Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən yazılarına cavab verib

11:57 - 06 / 02 / 2017
Hikmət Hacıyev Kazimirovun Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən yazılarına cavab verib

ATƏT-in Minsk qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirovun “Nezavisimaya Qazeta”da  Azərbaycana qarşı qərəzli və Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən yazılarına cavab olaraq həmin qəzetdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “Армяно-азербайджанский, нагорно-карабахский конфликт в кривом зеркале Владимира Казимирова” adlı məqaləsi dərc olunub.

Məqalədə Vladimir Kazimirovun münaqişənin həll olunmamasının məsuliyyətini Azərbaycanın üzərinə atmasına etiraz edən H. Hacıyev bildirir ki, əgər bu şəxs özünü bu qədər səriştəli hesab edirsə, həmsədr olan zaman, 1996-cı ildə münaqişənin tam həllinə nail olmağı bacarmalı idi:

“Özünüz də etiraf edirsiniz ki, münaqişənin sülh yolu ilə həlli cəhdi 20 ildən artıq zaman aldı. Bunun səbəbi kimi Azərbaycan vasitəçilərin təşəbbüsünü pozan, “erməni tərəfi” isə Minsk qrupunun təklifləri üzərində çalışandır. Lakin ətrafdakıları yanlış fikirlərə sürükləməyin. Siz, cənab Kazimirov yaxşı bilirsiniz ki, “erməni tərəfi” yoxdur. Münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan var.

Eləcə də, münaqişənin həllində maraqlı tərəflər kimi Dağlıq Qarabağda erməni və Azərbaycan icmaları var. Məhz bu formatda beynəlxalq vasitəçilər çalışırdı və hazırda çalışır. Bundan əlavə, yüksəkçinli diplomat kimi BMT-nin qətnaməsini əlinizə alın və oradakı dövlətin özünümüdafiə və təcavüzün təzahürü adlı 51-ci maddəyə nəzər yetirməniz pis olmazdı.

Sonuncu məqalədən elə təəssürat yaranır ki, müəllif  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə bütün müddət ərzində iki sanballı sənədin qəbul edilməsini önə çıxarır. Kazimirov da bu iki sənədin “atasıdır”. Buradan  1994-95-ci illərlə bağlı sənədi hissələrə ayrımaq, olanları unutmaq və susmaq, ya peşəkar eqoizmin, ya da peşəkar amneziyaların təzahürüdür”.

Xatırladaq ki, 1994-cü ilin mayın 5-də Bişkek protokolunda atəşkəslə bağlı “ən qısa zamanda bunun etibarlı, hüquqi razılaşılması, tutulmuş ərazilərdən qoşunların çıxarılması, məcburi köçkünlərin qaytarılması, kommunikasiyanın bərpası, danışıqlar prosesinin davamı” kimi münaqişə tərəfləri arasında çağırışlar dayanırdı.

Məlum olduğu kimi, atəşkəs rejimi bu razılaşmalar əsasında 1994-cü ilin mayın 12-də imzalanıb və 1994-95-ci illər arasında tərəflər arasında müzakirə olunan digər sənədlər də hədəflə bu razılıqların implementasiyasını təqib edirdi. Lazımi tədbirlər kimi atəşkəs rejimi (münaqişənin nizamlanması ilə bağlı texniki məqamla) və işğalçı qüvvələrin çıxarılması məsələsi müzakirə olunub.

H.Hacıyev Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməməsini daha çox beynəlxalq vasitəçilərin işlərini tam yerinə yetirə bilməməsi, onların erməniləri beynəlxalq hüquq və xalqların dinc yanaşı yaşama qaydalarına hörmət etməyin zəruri olmasına inandıra bilməməsi ilə bağlı olduğunu vurğulayıb:

"Azərbaycan torpaqlarının işğalı davam edir. Özü də təcavüzkara qarşı beynəlxalq qınama və sülhə məcburetmə tədbirləri tətbiq olunmur. Bunun səbəbi Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən "qeyri-konstruktiv mövqe" yox, işğalçı tərəfin bütün beynəlxalq qərarları, həmçinin məcburi xarakter daşıyan BMT Təhlükəsizlik Şurasının qətnamələrini sabotaj etməsidir".

Azərbaycan XİN-in sözçüsü söyləyib ki, V.Kazimirov sənədli ekvilibristikaya müraciət edərək hər vəchlə təcavüzkarı müdafiə edir. Eyni zamanda, Ermənistanın təmas xəttində monitorinqlə bağlı tədbirlər haqqında uzun-uzadı danışaraq "stutus-kvo"nu uzatmaqla bağlı mövqeyinə müəyyən dəstək illüziyası yaratmaqla vəziyyəti yalnız qəlizləşdirir.

"Hərçənd hər cür insidentdən qaçmağın yeganə və ən etibarlı yolunun Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması olduğunu açıq-aydın görünür. Yalnız bu halda münaqişənin hazırda davam edən danışıqlar prosesi çərçivəsində yekun siyasi həlli istiqamətində irəliləyiş olacaq", - deyə XİN-in sözçüsü əlavə edib.

Sonda H.Hacıyev qeyd edib ki, Vladimir Nikolayeviç, 20 ildən çoxdur heç bir aiddiyyatınız olmadığınız proses ətrafında yalan məlumatlar yaymamağınız yaxşı olardı.

1news.az

Paylaş:
835

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər