Bakı və Qazax sakinlərindən 4 kiloqrama yaxın narkotik maddə götürülüb
Bakı və Qazax sakinlərindən xeyli miqdarda narkotik maddə götürülüb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Yaşar Mövsümovdan 3 kiloqram 345 qram marixuana aşkar edilərək götürülüb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları isə Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Taryel Ozbetaşvilidən 530 qram heroin götürüblər.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1news.az
531