Bağlı qapı arxasında qalan 4 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağlı qapı arxasında qalan 4 nəfər xilas edilib

09:19 - 08 / 02 / 2017
Bağlı qapı arxasında qalan 4 nəfər xilas edilib

Bağlı qapı arxasında qalan şəxslər xilas edilib.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 2, Xətai rayonunda daha 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşların xilas olunmasını təmin ediblər.

1news.az

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər