Yavər Camalov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Fevralın 8-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul etdi.
1news.az-ın məlumatına görə, səfiri salamlayan nazir Y.Camalov ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycan ilə qardaş ölkə Türkiyə arasındakı ikitərəfli əlaqələrin böyük inkişaf yolunda olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.
Səfir E.Özoral səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1news.az
660