Bakıda 20 min dolları 40 min dollara çevirəcəyini deyən əcnəbi vətəndaş tutuldu
Bakıda dələduzluq edən xarici ölkə vətəndaşı saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş Aurelien Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20.000 ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40.000 ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.
A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
1news.az
634