PwC dünyada ən nüfuzlu brendlərdən biri kimi tanınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

PwC dünyada ən nüfuzlu brendlərdən biri kimi tanınıb

16:25 - 09 / 02 / 2017
PwC dünyada ən nüfuzlu brendlərdən biri kimi tanınıb

PwC brendi peşəkar xidmətlər göstərən şirkətlər siyahısında yenidən birinci yerə layıq görülüb.

Bundan əlavə, PwC brendi “Brand Finance 2017” reytinqində ən nüfuzlu brendlərin onluğuna daxil olub.

“Brand Finance” reytinqi dünyanın 500-dən artıq tanınmış şirkətlərinin brend dəyərinin illik qiymətləndirilməsi nəticələrini özündə əks etdirir. Artıq yeddinci ildir ki, PwC ən yüksək reytinqə (AAA+) layiq görülür. Bu isə PwC brendinin ən güclü və səmərəli idarə edilən brend olduğunu təsdiqləyir.

PwC 2017-ci ildən “Brand Finance” reytinqində 100 aparıcı qlobal brendlər siyahısına daxildir və yüksək texnologiyalar və istehlak xidmətləri sektorunun brendləri tərəfindən kəskin rəqabətə baxmayaraq kommersiya xidmətləri üzrə brendlər reytinqində ən yüksək pillədə qərarlaşıb.  

Qiymətləndirmə bir sıra meyarlara, o cümlədən brendin tanınması, brend məmnunluğu, verilmiş tövsiyələr, maliyyə göstəriciləri, daxili investisiyalar, bazar payı və gəlirlərə əsaslanır. Reytinq hazırlanarkən korporativ məsuliyyət, idarəetmə sistemi, eləcə də daxili və kənar maraqlı tərəflərin rəyləri də nəzərə alınır. Bundan sonra digər şirkətlərin göstəriciləri nəzərə alınaraq təşkilatlara reytinq verilir. PwC şirkəti həmin sektorda fəaliyyət göstərən rəqib şirkətlər arasında ən yüksək yer tutub.

Reklam hüququnda

Paylaş:
625

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər