Mübariz Əhmədoğlu: Qlobal indekslərdə Ermənistanın reytinqi getdikcə pisləşir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Qlobal indekslərdə Ermənistanın reytinqi getdikcə pisləşir

13:16 - 10 / 02 / 2017
Mübariz Əhmədoğlu: Qlobal indekslərdə Ermənistanın reytinqi getdikcə pisləşir

“Transparency International”-ın 2016-cı il üçün qlobal reytinqində Ermənistan 2015-ci ilə nisbətən 18 pillə geriləyərək, 176 ölkə arasında 113-cü yerdədir. Böyük Britaniyanın «The Economist» jurnalının analitik qrupu olan  “The Economist Intelligence Unit" mərkəzinin “Demokratiya indeksi-2016” illik məruzəsində Ermənistan avtoritar rejimlər sırasına daxil edildi.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib:

“10 ballıq reytinq şkalasında 2015-ci ilə nisbətən 0,12 bal geriləyərək 3,88 bal toplayaraq 167 ölkə arasında 120-ci oldu. “Freedom House”-nin “İnternet azadlığına” görə də Ermənistan 2 pillə geriləyib. “Freedom House”-nin siyasi və mətbuat azadlıqları üzrə açıqlamasında da Ermənistan 2015-ci ildəki mövqelərini itirib.

Ermənistanın “reytinq” xəstəliyi sağalmayıb, “reytinq dalınca qaçmaq” ehtirası sönməyib: Ermənistan özünü BMT-nin 2017-ci il Şərəf siyahısına (Honour roll) daxil edə bildi. Bu məqsədlə 2017-ci ilin illik üzvlük haqqını (151 min 338 dollar) yanvar ayında tam həcmdə BMT-nin büdcəsinə ödədi. Yanvarın 10-dək bu siyahıda cəmi 9 dövlət yer almışdı”.

Politoloq qeyd edib ki, yuxarıda sadalananlardan ən azı iki nəticə çıxarmaq mümkündür:

Ermənistanın saxta əməllərinə  don geydirmək cəhdləri dünya erməniliyinin özünü nüfuzdan salıb. Beynəlxalq təşkilatlar erməni diasporunu saya salmır. Dünya erməniliyi ilə Ermənistan rəhbərliyi arasında kifayət qədər ciddi problemlər var. “Sasna srer” hadisələri zamanı baş verənlər dünya erməniliyi qarşısında Qarabağ klanın iç üzünü tamamilə açdı.

Ermənistanın qlobal indekslərdə vəziyyətinin getdikcə pisləşməsi, başqa sözlə reallığa yaxınlaşması müşahidə olunur.

Ermənistan Azərbaycana lazım olan istiqamətdə hərəkət edir”.

1news.az

 

Paylaş:
614

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər