“Xalqlar Dostluğu” metro stansiyasının hər iki keçidində təmir işlərinə başlanılıb – FOTO
Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasının hər iki keçidində təmir işlərinə başlanılıb.
1news.az-a Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi xəbərə görə, “Xalqlar Dostluğu” metro stansiyasının hər iki keçidində təmir işləri gedir.
Təmir prosesində keçidin divar və yerdəki mərmər üzlükləri dəyişdiriləcək. Bundan başqa, keçidlərdə mövcud olan bütün kommunikasiya xətləri yenilənəcək.
N.Paşayevin sözlərinə görə, keçidlərdə yalnız təmir işlərinin aparıldığı hissələr bağlanıb, sərnişinlərin giriş və çıxışına heç bir məhdudiyyət qoyulmayıb. Təmir işləri təxminən 2-3 ay davam edəcək.
1news.az
772