Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

22:50 - 10 / 02 / 2017
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-190, Kiçik Qafqazın çaylarında 220-230, Lənkəran-Astara bölgəsi çaylarında isə  150-250  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, fevralın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 100 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 62 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 115 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində 10, Şirvanda 4, Bankədə 6 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 466 sm (2016-cı il fevralın 10-da 443 sm), Şirvanda 325 sm (2016-cı il fevralın 10-da 319 sm), Salyanda 311 sm (2016-cı il fevralın 10-da 310 sm), Bankədə 245 sm (2016-cı il fevralın 10-da 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2016-cı il fevralın 10-da 173 sm) təşkil edir.

1news.az

Paylaş:
684

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər