Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 25 il ötür
Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib.
1news.az xəbər verir ki, üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib.
Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.
İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.
Qalan əhali qarlı, şaxtalı havada bir neçə kilometr dağ yolunu və erməni postlarını çətinliklə keçərək Ağdam rayonuna gələ bilib.
1news.az