Frank-Valter Ştaynmayer Almaniyanın yeni prezidenti seçilib | 1news.az | Xəbərlər
Dünya

Frank-Valter Ştaynmayer Almaniyanın yeni prezidenti seçilib

18:00 - 12 / 02 / 2017
Frank-Valter Ştaynmayer Almaniyanın yeni prezidenti seçilib

Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün keçirilən səsvermədə ölkəsinin yeni prezidenti seçilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Almaniyada müstəsna olaraq prezident seçmək məqsədilə çağırılan Federal Məclisin 1239 üzvündən 931-i Frank-Valter Ştaynmayerin namizədliyini dəstəkləyib.

İlk turda seçilmək üçün sabiq xarici işlər nazirinə 631 səs lazım idi.

1news.az

Paylaş:
1097

Son xəbərlər

Bütün xəbərlər