“Android” cihazları üçün yeni təhlükəli virus peyda olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Android” cihazları üçün yeni təhlükəli virus peyda olub

15:41 - 13 / 02 / 2017
“Android” cihazları üçün yeni təhlükəli virus peyda olub

"Symantec" şirkətinin ekspertləri istifadəçiləri yeni təhlükə - "Android.Lockdroid.E" virusunun modifikasiyaları haqda xəbərdarlıq ediblər.

1news.az ICTnews-a istinadən xəbər verir ki, qurğuya düşən zərərverici proqram təminatı cihazda "root" giriş olmadığı halda onu blok edir, ekranda "QR" kod görsənir.

Cihazı blokdan çıxarmaq üçün bu kodu skan edərək cinayətkara pul ödəmək lazımdır. Bunun üçün başqa mobil qurğudan istifadə etmək lazımdır. Ödəniş edilmədiyi halda qurğudakı bütün məlumatlar silinir.

"Root" giriş olduğu halda troyan icazə istəyir ki, bu da cihazın idarəetməsində əlavə imtiyazlar yarada bilir. Bundan sonra virus "APK" quraşdırma faylını sistem qovluğuna köçürür, qurğunu yenidən yükləyir və sistem proqramına çevrilir. Bundan sonra ekran və düymələr blok edilir. Cihazı blokdan çıxarmaq üçün ödəniş tələb olunur.

"Android.Lockdroid.E" kənar tətbiq mağazaları vasitəsilə, həmçinin forumlarda mətn mesajları kimi yayılır.

Ekspertlər cihazda proqram təminatını daima yeniləməyi, proqramları yalnız etibarlı mənbələrdən quraşdırmağı, tətbiqlərdən olan sorğulara (bu sorğular proqramın işi ilə bağlı deyilsə, şübhə doğurmalıdır) xüsusi diqqət yetirməyi tövsiyə edirlər.

Bundan başqa, vacib məlumatların ehtiyat nüsxələrinin yaradılması və yaxşı antivirus quraşdırmaq tövsiyə olunur.

1news.az

Paylaş:
583

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər