Yaxın aylarda neft hasilatı bir qədər də azaldılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yaxın aylarda neft hasilatı bir qədər də azaldılacaq

17:39 - 13 / 02 / 2017
Yaxın aylarda neft hasilatı bir qədər də azaldılacaq

Yanvar ayı ilə müqayisədə yaxın aylarda OPEK və ona üzv olmayan ölkələr neft hasilatını daha da azaldacağı gözlənilir.

1news.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd Fərəc əl-Mazrui bildirib:

“Müstəqil mənbələrdən alınan hesabatlara istinadən yanvar ayında razılaşmaya yaxşı əməl edilib. Biz yaxın aylarda hasilatın daha da azaldılacağını gözləyirik”, - nazir bildirib.

Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyinin hesabatına görə, yanvar ayında OPEK üzvləri neft hasilatını gündəlik 1 mln. barel azaldaraq öhdəliklərinə 90% əməl edib.

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər