FHN Avstriyanın Daxili İşlər Nazirliyi ilə Qəbələdə birgə təlimlər keçirir – FOTO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlıq çərçivəsində Qəbələ rayonu ərazisində qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə təlimlərə başlanılıb.
FHN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, təlimlərə nazirliyin Şimal-Qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Təlim iştirakçılarına avstriyalı mütəxəssislər tərəfindən qar uçqunları altında qalanların axtarışı və xilas edilməsi, ekstremal şəraitdə davranış və dağ relyefində xizəksürmə üzrə hazırlıq məşqləri keçiriləcək.
Təlimlər fevralın 19-dək davam edəcək.
1news.az