Cəlilabadda avtomobil divara çırpılıb, 5 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda avtomobil divara çırpılıb, 5 nəfər xəsarət alıb

09:52 - 13 / 02 / 2017
Cəlilabadda avtomobil divara çırpılıb, 5 nəfər xəsarət alıb

Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, fevralın 12-də axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində Lənkəran sakini, 38 yaşlı Fikrət Akif oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı divar maneəyə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan Bakı şəhər sakinləri - 27 yaşlı Məmmədağa Cəfər oğlu Ramazanov, 28 yaşlı Elşən Vahid oğlu Hüseynzadə, 28 yaşlı Rizvan İbrahim oğlu Cabbarov, 27 yaşlı Ceyhun Səfər oğlu Məmmədzadə  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
541

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər