Müdafiə Nazirliyi: Düşmən minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Düşmən minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub

09:57 - 13 / 02 / 2017
Müdafiə Nazirliyi: Düşmən minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və qumbaratanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli və Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Nəmirli, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər