Azərbaycanın “ASAN xidmət” modeli beynəlxalq araşdırmanın diqqət mərkəzində | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın “ASAN xidmət” modeli beynəlxalq araşdırmanın diqqət mərkəzində

12:04 - 13 / 02 / 2017
Azərbaycanın “ASAN xidmət” modeli beynəlxalq araşdırmanın diqqət mərkəzində

BMT-nin İnkişaf Proqramı tərəfindən 2016-cı ildə “Dövlət xidmətlərinin göstərilməsi sahəsində araşdırılma aparılmış “Vahid məkan prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi modeli: Azərbaycanın nümunəsi” (One Stop Shop Public Service Delivery Model: The Case of Azerbaijan) adlı analitik araşdırma hazırlanıb.

1news.az-ın məlumatına görə, araşdırmada Azərbaycanın “ASAN xidmət” modelinin yaradılmasının əsasları, konsepsiyası, fəaliyyət prinsipləri, innovativ üstünlükləri və əsas nailiyyətlərinin nəzəri və praktiki aspektlərindən bəhs edilir, dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsində maraqlı olan ölkələrə “ASAN xidmət” təcrübəsinə əsaslanan tövsiyələr verilir.

Qeyd edək ki, “ASAN xidmət” BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi kimi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi beynəlxalq səviyyədə tanınır. Bu gün Azərbaycanın “ASAN xidmət” modeli dünyanın bir çox ölkələri tərəfindən ətraflı öyrənilir və tətbiq edilir.

Hazırda Azərbaycanda paytaxt Bakıda 5, regionlarda isə 6 olmaqla, ümumilikdə 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. İlk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığı 2013-cü ildən bu günədək mərkəzlərə 13 milyondan artıq vətəndaş müraciəti qeydə alınıb. “Səyyar ASAN” avtobusları və “ASAN qatar” isə ölkənin ən ucqar regionlarında yaşayan vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə imkan verir.

Araşdırma ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

http://www.regionalhub.org/wp-content/uploads/2017/01/Azerbaijan_case-study.pdf

1news.az

Paylaş:
719

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər