Ağsuda 5 kənd işıqsız qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda 5 kənd işıqsız qalıb

12:17 - 13 / 02 / 2017
Ağsuda 5 kənd işıqsız qalıb

Ağsu rayonunda son günlər yağan qar səbəbindən 5 kənd işıqsız qalıb.

1news.az “Report”a istinadən xəbər verir ki, rayonun dağlıq ərazilərində yerləşən Xatman, Dilman, Hacman, Kalva və Suraxanı kəndlərində elektrik enerjisi kəsilib.

Elerjinin kəsilməsi səbəbindən Dilman və Kalva kəndlərində yerləşən orta məktəblərdə istilik sistemi işləmir. Məktəblərdə davamiyyət aşağı düşüb. Həmin kəndlərdə olan tibb məntəqəsi də elektrik enerjisi kəsilməsi səbəbi ilə fəaliyyət göstərə bilmir.

Sakinlərin verdiyi məlumata görə, kəndlərdə elektrik enerjisi hələ ki, bərpa olunmayıb.

1news.az

Paylaş:
626

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər