Separatçıların KVN komandası indi də Moskvada
Qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən “Duz və çörəklə” KVN komandası Moskvada çıxış edəcək.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondunun sədri Şamil Tağıyev lent.az-a məlumat verib.
Onun sözlərinə görə, separatçılar fevralın 16-da Rusiyanın paytaxtında keçiriləcək “Moskva və Moskva vilayəti Liqası Festivalı”na dəvət alıblar.
Məlumata görə, yarış Moskvanın Şeremetyevski küçəsi, 2 ünvanında yerləşən “Planeta KVN”-in binasında keçiriləcək.
“Artıq afişalar belə vurulub. Ermənilər Moskvada yaşayan həmyerlilərinə çağırışlar edərək onları yarışmaya dəvət edirlər”.
Şamil Tağıyevin deyib ki, Soçidə keçirilən yarışmaya buraxılmayan separatçı komanda Moskvada bu istəyinə nail olub.
1news.az