Azərbaycan 20 ən təhlükəsiz ölkə sırasına daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan 20 ən təhlükəsiz ölkə sırasına daxil olub

19:54 - 14 / 02 / 2017
Azərbaycan 20 ən təhlükəsiz ölkə sırasına daxil olub

Azərbaycan cinayət səviyyəsinə görən dünyanın ən təhlükəsiz ölkələri sırasında ilk iyirmiliyə daxil olub.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkələr və şəhərlər barədə ən böyük statistik məlumatların yer aldığı “Numbeo” saytı məlumat yayıb.

125 ölkə arasında aparılan statistik araşdırmalar nəticəsində Azərbaycan 18-ci yerdə qərarlaşıb.

İlk onluqda Avstriya, Danimarka, Yaponiya, Belarus, Gürcüstan yer alıb.

Araşdırmaya görə, ən kriminal ölkələr Venesuela, Cənubi Afrika Respublikası, Nigeriya və Braziliya hesab olunub.

1news.az

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər