Allahşükür Paşazadə: “Türkiyədə keçiriləcək referendum vətəndaşlar üçün uğurlu olacaq”
Fevralın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı onun xahişi ilə qəbul edib.
1news.az QMİ-yə istinadən xəbər verir ki, Şeyxülislam iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğundan məmnum olduğunu ifadə edib.
Keçiriləcək referenduma toxunan QMİ sədri bu hadisənin Türkiyə dövləti və vətəndaşları üçün uğurlu olacağına inandığını bildirib.
Səfir Erkan Özoral göstərdiyi diqqət və qayğıya, verdiyi mənəvi dəstəyə görə Şeyxülislam həzrətlərinə minnətdarlıq edib və iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Səmimi şəraitdə keçək söhbət zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev və sədr müavini Rəşad Əliyarlı iştirak ediblər.
1news.az