Çində kömür mədənində partlayış: 8 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

Çində kömür mədənində partlayış: 8 nəfər həlak olub

09:10 - 14 / 02 / 2017
Çində kömür mədənində partlayış: 8 nəfər həlak olub

Çində kömür mədənində baş verən partlayış nəticəsində 8 nəfər həlak olub, 3 nəfər isə itkin düşüb.

Hadisə baş verən vaxt mədəndə 29 nəfər olub. Partlayış zamanı onlardan 18-i şaxtanı tərk edə bilib, 1-i isə yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Hər il bu ölkənin şaxtalarında qəzalar nəticəsində minlərlə insan həlak olur. Əksər faciələrin səbəbi təhlükəsizlik qaydalarının pozulmasıdır.

TASS

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər