ABŞ-da 680 miqrant həbs edilib | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da 680 miqrant həbs edilib

09:53 - 14 / 02 / 2017
ABŞ-da 680 miqrant həbs edilib

ABŞ-ın İmmiqrasiya və Gömrük Polisi (ICE) təhlükəsizliyə təhdiddə şübhəli bilinən 680 nəfəri saxlayıb, onlardan 75%-i əcnəbilərdir.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ daxili təhlükəsizlik naziri Con Kelli bəyan edib.

“Los-Anceles, Çikaqo, Atlanta, San-Antonio və Nyu-Yorkda ICE əməkdaşları tərəfindən ictimai asayişə, sərhədlərin təhlükəsizliyinə və immiqrasiya sistemimizə təhlükə kəsb edən 680-dən çox şəxs həbs edilib. Onlardan 75%-i xarici ölkələrin vətəndaşlarıdır”, deyə C.Kelli bildirib.

Onun sözlərinə görə, həbslər bir neçə xüsusi əməliyyat nəticəsində ötən həftə həyata keçirilib.

1news.az

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər