Elmar Məmmədyarov: Latviya bizim yaxın və ciddi tərəfdaşımızdır | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Latviya bizim yaxın və ciddi tərəfdaşımızdır

10:27 - 14 / 02 / 2017
Elmar Məmmədyarov: Latviya bizim yaxın və ciddi tərəfdaşımızdır

Azərbaycan və Latviya arasında qarşılıqlı əlaqələr strateji xarakter daşıyır. Bu xüsusda, Latviya bizim yaxın və ciddi tərəfdaşımızdır. Zənnimizcə, bu il iki ölkə arasında yüksək səviyyəli səfərlərin mübadiləsi baş tutacaq.

1news.az-ın məlumatına görə, bunu  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov latviyalı həmkarı Edqars Rinkeviçlə birgə keçirdiyi mətbuat konfransında deyib. Nazir E.Rinkeviçlə yalnız enerji deyil, nəqliyyat layihələri barəsində də fikir mübadiləsi apardıqlarını diqqətə çatdırıb:

“Latviya tərəfinin təşəbbüsü olan Zubr dəmiryol xətti layihəsi Baltik, Qara və Xəzər dənizlərinin birləşdirilməsini nəzərdə tutur. Şərqdən Avropaya yük daşımalarını nəzərdə tutan bu layihənin də imkanları çox genişdir. Bu layihəyə dair strategiyanın işlənilib-hazırlanması üzrə razılıq əldə etdik. Təbii ki, bu məsələdə müntəzəm təmaslar və mütəxəssislərin görüşləri çox önəmlidir”.

Latviyalı həmkarı ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi barəsində də danışdıqlarını deyən E.Məmmədyarov münaqişəyə dair beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə görə Latviya tərəfinə təşəkkürünü bildirib:

“Bu mövqe hətta Brüsseldə də prezident Tusk tərəfindən səsləndirilib. Avropa İttifaqı və üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam dəstəyi ifadə edib. Azərbaycanın üzləşdiyi təhdid və təhlükələri nəzərə alsaq, bu dəstək bizim üçün çox vacibdir”.

1news.az

 

Paylaş:
449

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər