Xarici ölkələrin diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri təşkil olunub
Fevralın 15-də Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub.
Səfər çərçivəsində diplomatlar ermənilər tərəfindən Cocuq Mərcanlı kəndində törədilmiş vəhşiliklərlə tanış olacaqlar.
Qeyd edək ki, səfər Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq təşkil edilib.
AZƏRTAC
587