Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

11:46 - 16 / 02 / 2017
Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Fevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək.

1news.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 5-ci dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təşkil ediləcək üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

1news.az

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər