Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəfat edib

22:21 - 20 / 02 / 2017
Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəfat edib

Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin fevralın 20-də Nyu-Yorkda vəfat edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

V.Çurkin 1952-ci il fevralın 21-də Moskvada anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, 2006-cı ildən Rusiyanın BMT yanında daimi nümayəndəsi işləyib, eyni zamanda, ölkəni BMT Təhlükəsizlik Şurasında təmsil edib. 1998-2003-cü illərdə Rusiyanın Kanadada səfiri vəzifəsində çalışıb.

Diplomatın qəfil ölümünün səbəbi barədə hələlik məlumat verilmir.

AZƏRTAC

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər