Pelenin oğluna 13 il həbs cəzası verildi | 1news.az | Xəbərlər
Dünya

Pelenin oğluna 13 il həbs cəzası verildi

15:48 - 25 / 02 / 2017
Pelenin oğluna 13 il həbs cəzası verildi

Dünya futbolunun canlı əfsanəsi Pelenin oğlu Edson Çolbi Nasimentu  həbs olunub.

1news.az qol.az-a istinadən xəbər verir ki, ona 13 illik həbs cəzası verilib.

Braziliya məhkəməsi hələ 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb. Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir.

Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.

1news.az

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər