Rusiyaya satılmış 33 mindən çox “Nissan Qashqai” avtomobili geri çağırılır | 1news.az | Xəbərlər
Dünya

Rusiyaya satılmış 33 mindən çox “Nissan Qashqai” avtomobili geri çağırılır

22:11 - 27 / 02 / 2017
Rusiyaya satılmış 33 mindən çox “Nissan Qashqai” avtomobili geri çağırılır

“Nissan” şirkətinin Rusiyadakı dileri ölkədəki 33 mindən çox “Nissan Qashqai” avtomobilini geri çağırır.

Məlumata görə, 2013-cü ilin sentyabrından 2016-cı ilin mayınadək istehsal olunmuş bu markalı avtomobillərdə mühərrik yağının axması ilə bağlı qüsur müşahidə olunur. Geri çağırılan avtomobillərdə sağ arxa təkərlərin dəmir bəndlərini möhkəmləndirən qurğu quraşdırılacaq, əyləc sistemin qol borusu dəyişdiriləcək. Təmir işləri pulsuz həyata keçiriləcək.

AZƏRTAC

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər