Binəli Yıldırım: Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq | 1news.az | Xəbərlər
Dünya

Binəli Yıldırım: Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq

15:35 - 28 / 02 / 2017
Binəli Yıldırım: Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq

“Ermənistan-Azərbaycan müharibəsi, Dağlıq Qarabağ bölgəsi illərdir qanayan yaradır”.

1news.az-ın Haberler-ə istinadla verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım partiyasının parlament qrupunun toplantısında çıxışı zamanı deyib.

B.Yıldırım təmas xəttində baş verən son toqquşma zamanı həlak olan Azərbaycan əsgərlərinə rəhmət diləyib:

“Azərbaycan xalqının acısını paylaşırıq. Ermənistan-Azərbaycan müharibəsi, Dağlıq Qarabağ bölgəsi illərdir qanayan yaradır. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal edilib və bu günə kimi problem həll olunmayıb. Qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq”.

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər