Türkiyədə İŞİD-in “canlı bomba”ları yaxalanıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə İŞİD-in “canlı bomba”ları yaxalanıb

12:03 - 01 / 03 / 2017
Türkiyədə İŞİD-in “canlı bomba”ları yaxalanıb

Türkiyədə İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar davam edir.

Qaziantep və Adıyaman bölgəsində keçirilən əməliyyat zamanı İŞİD terrorçuları yaxalanıblar. Əməliyyat zamanı yaxalanan 5 terrorçudan 3-ü “canlı bomba” olub.

Verilən məlumatlara görə, saxlanılan şəxslər yaxın vaxtlar Türkiyənin bir neçə ərazisində dəhşətli terror aktları törətməyi planlaşdırırmışlar. Onların qaldığı evlərdən çoxlu sayda silah, sursat, partlayıcı maddələr, gecə görmə cihazları, bıçaqlar və s. aşkarlanıb.

TRThaber

Paylaş:
674

Son xəbərlər

Bütün xəbərlər