Bu il Ceyhan limanından 4,1 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il Ceyhan limanından 4,1 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb

23:44 - 03 / 03 / 2017
Bu il Ceyhan limanından 4,1 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb

Cari ilin fevral ayı ərzində 2 milyon 82 min 936 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu həcmin 1 milyon 232 min 97 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunan Azərbaycan neftinin həcmi isə 4 milyon 131 min 722 ton təşkil edib.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən 2017-ci il mart ayının 1-nə qədər Ceyhan limanından 323 milyon 966 min 321 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

1news.az

Paylaş:
965

Son xəbərlər

Şəmistan Nəzirli vəfat edib

20 / 09 / 2025, 14:22
Bütün xəbərlər