Məşhur futbolçunun evi qarət olunub - FOTO | 1news.az | Xəbərlər
Dünya

Məşhur futbolçunun evi qarət olunub - FOTO

14:33 - 04 / 03 / 2017
Məşhur futbolçunun evi qarət olunub - FOTO

Məşhur britaniyalı futbolçu Con Terrinin evi qarət olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, İngiltərə yığma komandasının sabiq kapitanı evi 2014-cü ildə tanınmış qolfçu Kolin Montqomeridən 5 milyon funt sterlinqə alıb.

Cinayət C.Terri həyat yoldaşı ilə birgə Dubayda olduqları vaxt baş verib. Faktla bağlı polis araşdırma aparır.

1998-ci ildən Londonun “Çelsi” klubunun şərəfini qoruyan  C.Terri cari mövsümdə İngiltərə çempionatında 5 oyun keçirib. Onun klub ilə müqaviləsi 2017-ci ilin yayında bitir.

1news.az

Paylaş:
993

Son xəbərlər

Bütün xəbərlər