Hər gün 6 azərbaycanlı qız Türkiyəyə gəlin köçür | 1news.az | Xəbərlər
Dünya

Hər gün 6 azərbaycanlı qız Türkiyəyə gəlin köçür

15:28 - 04 / 03 / 2017
Hər gün 6 azərbaycanlı qız Türkiyəyə gəlin köçür

Türkiyənin Statistika Komitəsi çox maraqlı rəqəmlər açıqlayıb.

1news.az Virtualaz-a istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycan pasportu daşıyan 2170 qadın Türkiyə vətəndaşları ilə nikah bağlayıb.

Bu isə orta hesabla günə 6 nikah deməkdir. Bu rəqəm 2015-ci illə müqayisədə az qala üçdə biri qədər - 31,3% artıb.

Rəqəmlərdən o da məlum olur ki, türkiyəli kişilərin Almaniya, Rusiya və Ukrayna əsilli gəlinlərə marağı azalıb.

Ümumiyyətlə, ötən il Türkiyədə əcnəbi gəlinlərin sayı 22583 nəfər olub. Əcnəbi gəlinlər arasında suriyalı gəlinlər (6495 nəfər) birinci sırada yer alıb. İkinci sırada Almaniya (2644 nəfər), üçüncü sırada isə Azərbaycandan olanlar (2170 nəfər) yer alıb.

Azərbaycanlı kişilər arasında da türkiyəli qızlarla ailə quranlar az deyil. Belə ki, ötən il Türkiyədə əvvəlki illə müqayisədə əcnəbi kürəkən sayı 5,9% artaraq, 3566 nəfərdən 3777-yə çatıb.

Əcnəbi kürəkənlər arasında isə ilk sıranı alman kişiləri tutub. Daha sonra siyahıda Suriya, Avstriya, İngiltərə və Azərbaycan əsilli vətəndaşlar yer alıb.

1news.az

Paylaş:
603

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30
Bütün xəbərlər