Həsən Ruhani: “Azərbaycan və İran gələcəyə ümidlə baxmalıdır”
“Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək”.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bunu Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə İranı Prezidenti Həsən Ruhani deyib.
“Möhtərəm cənab Prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətinə çox “Xoş gəlmisiniz” deyirəm. Sizi görməyə çox şadam.
Cənab Prezident və nümayəndə heyətinin üzvləri ilə bizim burada keçirdiyimiz görüş bir başlanğıc olmuşdur. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq”.
1news.az
483