Yaponiyada helikopter qəzaya uğrayıb | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada helikopter qəzaya uğrayıb

09:17 - 06 / 03 / 2017
Yaponiyada helikopter qəzaya uğrayıb

Yaponiyada xilasedicilər martın 6-da bir gün əvvəl Naqanoda qəzaya uğramış “Bell 412” helikopterinin daha dörd sərnişinini huşsuz vəziyyətdə aşkar ediblər.

Göyərtəsində yeddi yanğınsöndürən, bir pilot və mühəndisin olduğu heikopter martın 5-də Naqano prefekturasının Matsumoto aeroportundan havaya qalxıb. Helikopterin 20 dəqiqədən sonra dağdakı ehtiyat meydançaya enməsinin nəzərdə tutulduğu bildirilir.

Təyin edilmiş vaxtdan 30 dəqiqə sonra helikopterlə əlaqə yaratmaq mümkün olmadıqda xilasedici mərkəz kömək üçün polisə müraciət edib. İki saat sonra helikopter həmin prefekturada yerləşən Haçibusi dağının şərq yamacında aşkarlanıb.

Həkimlər hələlik helikopterin göyərtəsində olanlardan yalnız üçünün öldüyünü təsdiq ediblər.

TASS

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər