Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

14:15 - 07 / 03 / 2017
Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 768  mm civə sütunu,  nisbi rütubət  gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda çiskinli, yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi  əsəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, martın 8-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1news.az

Paylaş:
660

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər