Tramp müsəlmanların ABŞ-a girməsini qadağan edən yeni fərman imzaladı | 1news.az | Xəbərlər
Dünya

Tramp müsəlmanların ABŞ-a girməsini qadağan edən yeni fərman imzaladı

09:27 - 07 / 03 / 2017
Tramp müsəlmanların ABŞ-a girməsini qadağan edən yeni fərman imzaladı

Birləşmiş Ştatlar prezidenti Donald Tramp miqrantlar haqqında yeni fərman imzalayıb. Bu, fəaliyyəti məhkəmə tərəfindən dayandırılan köhnə fərmanı əvəz etməlidir.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson məlumat verib.

Yeni sənədə əsasən, altı müsəlman ölkəsi - İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarına 90 gün ərzində ABŞ-a girmək qadağan olunacaq. İraq bu dəfə siyahıya düşməyib.

Sənəd martın 16-dan qüvvəyə minəcək.

1news.az

Paylaş:
545

Sizin üçün xəbərlər

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər