Mövlud Çavuşoğlu: “Almaniya Türkiyənin daxili işlərinə qarışmamalıdır” | 1news.az | Xəbərlər
Dünya

Mövlud Çavuşoğlu: “Almaniya Türkiyənin daxili işlərinə qarışmamalıdır”

15:38 - 08 / 03 / 2017
Mövlud Çavuşoğlu: “Almaniya Türkiyənin daxili işlərinə qarışmamalıdır”

“Almaniya hökuməti Türkiyənin daxili işlərinə qarışmamalı, tərəf tutmamalıdır”.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün almaniyalı həmkarı Sigmar Gabriel ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, hazırda gözlənilən referendumla bağlı Türkiyədə həssas dövrdür: “Belə bir həssas dövrdə Almaniyada referendum əleyhdarlarına aksiyalar keçirmək üçün icazə verilir, ancaq Türkiyə hökumətinin üzvlərinə referendumla bağlı görüşlər üçün icazə verilmir. Bu, yolverilməzdir. Türkiyə olaraq heç vaxt Almaniyada siyasi proseslərdə tərəf tutmadıq, çünki bu, Almaniyanın daxili işidir. Almaniya da Türkiyənin daxili işlərinə qarışmamalıdır”.

M. Çavuşoğlu qeyd edib ki, Almaniyada siyasətçilərin, medianın Türkiyəyə qarşı sərt münasibət bəslədiyi, hətta islamafobiya həddinə gəldiyi müşahidə olunur: “Bu, yolverilməzdir. Türkiyədə insan hüquqları və digər məsələlərlə bağlı Almaniya mövqeyini səsləndirir, bu, Türkiyənin daxili işlərinə qarışmaq sayılmır. Amma Türkiyə rəsmiləri Almaniyada demokratiya ilə bağlı fikirlər səsləndirəndə, bu, Almaniyanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Bu yanaşma düzgün deyil”.

Türkiyədə həbs edilən türk əsilli almaniyalı jurnalist Dəniz Yucelin nə vaxt azadlığa buraxılacağı ilə bağlı sualın ona ünvanlanmasını yanlış sayan M. Çavuşoğlu. D. Yucelin jurnalist fəaliyyətinə görə deyil, konkret əməlinə görə həbs edildiyini söyləyib. Türkiyə xarici işlər nazirliyi D. Yucellə bağlı son qərarın məhkəmə tərəfindən veriləcəyini vurğulayıb.

1news.az

Paylaş:
1032

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30
Bütün xəbərlər