Fransa və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Parisdə Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
1news.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyət və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
“Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Fransa ABŞ və Rusiya ilə birgə Minsk qrupunun həmsədridir. Biz son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq”- deyə, S.Sarkisyanla görüşün yekunlarını şərh edən F.Olland qeyd edib.
1news.az
601