Hollandiya polisi türk etirazçılara qarşı güc tətbiq edib | 1news.az | Xəbərlər
Dünya

Hollandiya polisi türk etirazçılara qarşı güc tətbiq edib

12:57 - 12 / 03 / 2017
Hollandiya polisi türk etirazçılara qarşı güc tətbiq edib

Hollandiya polisi türkiyəli nazirin avtomobilinin saxlanılmasına qarşı çıxan türk etirazçılarını dağıtmaq üçün gücdən istifadə edib.

1news.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları etirazçılara qarşı dəyənəklərdən istifadə ediblər.

İnsident zamanı bəzi etirazçıların  xəsarət aldığı bildirilir. Ərazidən uzaqlaşdırılan etirazçılar əllərində plakatlar qaldıraraq etirazlarını davam etdiriblər.

Qeyd edək ki, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobili Rotterdamdakı Baş Konsulluğa yollanarkən Niderland polisi tərəfindən saxlanılıb.

1news.az

 

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər