Səfir BƏƏ-nin dövlət naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Səfir BƏƏ-nin dövlət naziri ilə görüşüb

16:00 - 02 / 05 / 2017
Səfir BƏƏ-nin dövlət naziri ilə görüşüb

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin Xarici İşlər üzrə dövlət naziri doktor Ənvər Qarqaşla görüşüb.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, diplomat Azərbaycan və Ərəb Əmirliklərini bağlayan siyasi və dostluq əlaqələrinin yüksək səviyyədə olduğuna dair məmnunluğunu ifadə edib.

D.Şikarov Prezident İlham Əliyevin qardaş BƏƏ ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini dövlət nazirinin diqqətinə çatdırıb. Yüksək səviyyədə səfər mübadilələri kontekstində BƏƏ vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun 2015-ci ilin aprelində Azərbaycana və dövlətimizin başçısının 2016-cı ilin fevralında Ərəb Əmirliklərinə uğurlu rəsmi səfərlərini məmnunluqla xatırlayıb. 

Həmin səfərlərin qarşılıqlı əlaqələrin daha da inkişaf etməsinə misilsiz töhfələri səfir D.Şikarov tərəfindən vurğulanıb.
Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer aldığını xatırlayan doktor Ə.Qarqaş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə maraqlı görüş keçirdiyini yada salıb, ölkəmizdə ələlxüsus da İlham Əliyevin rəhbərliyi altında müşahidə edilən hərtərəfli inkişafın və əldə edilən nailiyyətlərin onda dərin təəssüratlar yaratdığını nəzərə çatdırıb.

Sonra səfir D.Şikarov turizm sahəsində dinamik inkişafda olan əməkdaşlığa nəzər salaraq, Prezident İlham Əliyevin BƏƏ vətəndaşlarına və istisna olaraq BƏƏ rezident vizasına malik əcnəbi vətəndaşlara münasibətdə viza rejiminin sadələşdirilməsi ilə əlaqədar iki mühüm qərarını xatırladıb və bu gün bu müdrik addımların bəhrəsini rəqəm ifadəsində gördüyümüzü xüsusilə qeyd edib. 

Diqqətə çatdırıb ki, 2016-cı ildə ölkəmizi 70.000-ə qədər BƏƏ vətəndaşı ziyarət edib, bu da ötən illərlə müqayisədə 30 dəfə artım deməkdir. Dubay və Şarcadan Bakıya həftəlik birbaşa uçuşların sayı  32-yə çatıb. İyun ayında isə “Fly Dubai” şirkəti tərəfindən Dubaydan BƏƏ vətəndaşlarının rəğbətini qazanmış Qəbələ rayonuna müntəzəm şəkildə birbaşa uçuşlar həyata keçiriləcəkdir.
Bunun müqabilində, doktor Ə.Qarqaş Azərbaycan Prezidentinin məlum iki qərarının BƏƏ ilə ikitərəfli əlaqələrə verdiyi xüsusi əhəmiyyətin təzahürü kimi yüksək dəyərləndirib.

Ardınca Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son durum barəsində dövlət nazirinin sualını cavablandırdığı zaman səfir D.Şikarov fürsətdən istifadə edərək dəstəkverici və ardıcıl mövqeyinə görə BƏƏ dövlətinə təşəkkürünü bildirib.

Davamı olaraq, münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırımlara toxunan səfir Xocalı şəhərində yüzlərlə günahsız insanın həyatına soy qoymuş qətliamdan söhbət açıb.

Həmçinin nəzərə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də Pakistan, İordaniya, Sudan, Meksika, Kolumbiya, Peru, Çexiya, Bosniya və Herseqovina kimi ölkələrin parlamentləri, habelə ABŞ-ın ondan artıq ştatının qanunverici orqanları Xocalı faciəsini rəsmən qətliam kimi tanıyıb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına start verilib.

Münaqişənin tənzimlənməsi ətrafında son mənzərə haqqında ətraflı məlumata görə doktor Ə.Qarqaş təşəkkürünü ifadə edib. 
Söhbət əsnasında, həmçinin müqabil tərəfə ticari-iqtisadi əməkdaşlıq haqqında məlumatlar təqdim edilərkən cari ilin 19-20 aprel tarixlərində Dubay şəhərində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın altıncı iclasının keçirildiyi məlumat üçün bildirilib, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Pərvanə Sultanova

 

Paylaş:
628

Son xəbərlər

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54
Bütün xəbərlər