Sahilboyu yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi davam etdirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahilboyu yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi davam etdirilir

16:23 - 02 / 05 / 2017
Sahilboyu yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi davam etdirilir

“Azəravtoyol” ASC Abşeron yarımadasının şimal hissəsində 12,7 kilometr uzunluğunda yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi işlərini davam etdirir.

1news.az-ın ASC-yə istinadən verdiyi xəbərə görə, sahil yolu bəzi ərazilərdə mövcud yol genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Layihəyə uyğun olaraq, iki hərəkət zolağından ibarət yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0,75 metrdir. Avtomobil yolunun kənarı ilə 1,5 metr enində piyada səkilərinin də tikintisi aparılır.

Hazırda yolda torpaq işləri həyata keçirilir, yol əsasının inşası və buna paralel olaraq asfaltlanma işləri görülür. Ümumilikdə 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yol boyu 50 min poqonmetr səki daşının düzülməsi nəzərdə tutulur. Tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkiləcək.

Məlumatda qeyd olunur ki, yeni avtomobil yolu Sumqayıt-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirəcək və bununla da Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Yeni yolun çəkilməsi Bakının avtonəqliyyat sıxlığının azalmasına da müsbət təsir göstərəcək.

Xatırladaq ki, Sumqayıt-Bakı-Aeroport istiqamətində tikilmiş yeni yollar qəsəbələrarası yolları da birləşdirəcək. Buraya Novxanı-Pirşağı avtomobil yolunun üzərində yerləşən kənd və qəsəbələr, o cümlədən Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Novxanı, Masazır və Corat qəsəbələri daxildir.

Hazırda Novxanı-Pirşağı avtomobil yoluna birləşən və uzunluğu 14 kilometr olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi aparılır. Tikinti işləri cari ildə başa çatdırılacaq.

Babək Cahandarov

Paylaş:
566

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər