Heydər Əliyev Beynəlxalq Hava Limanı ilin əvvəlindən etibarən 1 milyondan çox sərnişinə xidmət göstərib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Hava Limanı ilin əvvəlindən etibarən 1 milyondan çox sərnişinə xidmət göstərib

12:04 - 05 / 05 / 2017
Heydər Əliyev Beynəlxalq Hava Limanı ilin əvvəlindən etibarən 1 milyondan çox sərnişinə xidmət göstərib

2017-ci ilin yanvar-aprel ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 62 min sərnişinə xidmət edib ki, bu da  ötən ilin analoji göstəricisindən 36 faiz çoxdur.

1news.az-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, AZAL milli aviadaşıyıcısının payına sərnişinlərin ümumi sayının 594 min nəfəri düşüb ki, bunun da 158 min nəfəri daxili reyslərlə Naxçıvan, Gəncə və Qəbələyə daşınıb.

904 min sərnişin (85 faiz) beynəlxalq reyslərin payına düşür. Hava limanının beynəlxalq daşımaların ümumi payının 48,2 faizi "Azərbaycan Hava Yolları"-nın, 51,8 faizi xarici aviadaşıyıcıların payına düşüb.

İstanbul, Moskva, Dubay və Kiyev əvvəlki kimi ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edir - bu şəhərlərə sərnişin dövriyyəsi sərnişinlərin ümumi sayının 62 faizini təşkil etmişdir. Məşhur istiqamətlərin siyahısına həmçinin Tehran, Tbilisi, Doha və Sankt-Peterburq (sərnişin dövriyyəsinin 12 faizi) daxildir.

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.

Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

S.Xankişiyeva

Paylaş:
722

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər