“PRO Azerbaijan” interaktiv ölkə bələdçisi istifadəyə verilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“PRO Azerbaijan” interaktiv ölkə bələdçisi istifadəyə verilib – FOTO

19:36 - 08 / 05 / 2017
“PRO Azerbaijan” interaktiv ölkə bələdçisi istifadəyə verilib – FOTO

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “PRO Azerbaijan” şirkəti tərəfindən özündə sosial platformanın və mobil köməkçinin funksiyalarını birləşdirən, interaktiv ölkə bələdçisi funksiyasını həyata keçirəcək yeni layihəyə start verilib.

1news.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, bu mobil əlavədə görməli yerlər, istirahət zonaları, mehmanxanalar, kafe və restoranlar, mağazalar, gözəllik salonları, klinikalar, afişalar, endirimlər, aksiyalar və s. haqqında maraqlı məlumatları yerləşdirilib. Eləcə də, ölkənin mədəniyyəti, tarixi, görməli yerləri, şəhər və rayonları, müxtəlif qurum və təşkilatları haqqında hərtərəfli məlumatları: təsvir, naviqasiya, foto və video müşayiəti ilə “PRO Azerbaijan” mobil əlavəsində tapmaq mümkündür.

Məlumata görə, “PRO Azerbaijan” – hər zaman, hər yerdə Azərbaycan haqqında bütün zəruri məlumatları əldə etmək üçün tam hüquqlu interaktiv köməkçinizdir, eləcə də müxtəlif rezervasiyalar, sifarişlər, alış-veriş (tezliklə!), vəzifəli şəxslərin (hal-hazırda yalnız AR Mədəniyyət və Turizm Nazirliyinin vəzifəli şəxslərinin qəbuluna yazılmaq mümkündür, gələcəkdə bu siyahı genişlənəcək) və ya müxtəlif istiqamətdə çalışan mütəxəssislərin qəbuluna yazılmaq üçün proqramın daxili market menecerindən istifadə, şərh və rəy bildirmək imkanları yaradılıb.

Proqramda xəbər portalları, televiziya və radio kanalları, fonoteka, Azərbaycan filmləri, geniş kitabxana, valyuta məzənnələri, hava və nəqliyyat haqqında məlumatları əldə etmək imkanları da verilib.

Qeyd edək ki, mobil əlavə 3 dildədir (Azərbaycan, Rus və İngilis); onlayn, həm də oflayn rejimində çalışır və yüklənilməsi pulsuzdur.

Mobil əlavəni pulsuz yükləmək üçün aşağıdakı linklərdən keçid edə bilərsiniz:

İOS - https://itunes.apple.com/us/app/pro-azerbaijan/id1132743512?mt=8 

Android - https://play.google.com/store/apps/details?id=com.learnandsolve.proazerbaijan

Mobil əlavənin rəsmi saytı - www.proazerbaijan.com

Aşağıdakı sosial şəbəkələrdə açılan səhifələrə də qoşula bilərsiniz:

Facebook: https://www.facebook.com/proazerbaijan/?fref=ts

Instagram: https://www.instagram.com/pro_azerbaijan/

Bütün sual və təkliflər üçün e-poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz:

[email protected]

Və yaxud: +99412 480 12 33 nömrəsinə zəng edə bilərsiniz.

1news.az

Paylaş:
1404

Son xəbərlər

Bütün xəbərlər