“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarına start verilib | 1news.az | Xəbərlər
Futbol

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarına start verilib

12:14 - 08 / 05 / 2017
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarına start verilib

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib.

1news.az-ın məlumatına görə, açılış oyununda yığmamızla eyni, A qrupunda yer alan iki komanda – Səudiyyə Ərəbistanı ilə Mərakeş komandaları üz-üzə gəliblər.

Qeyd edək ki, futbol yarışında səkkiz komanda mübarizə aparacaq. Ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda yarışacaqlar.

Azərbaycan millisi ev sahibi olduğu üçün “A” qrupunda yer alıb. Bu qrupda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri olub. “B” qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışacaqlar.

“Bakı-2017”nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alacaq.

Rəsmi açılış mərasimi mayın 12-də olacaq Oyunlarda U-23 millimiz ilk görüşünü kamerunlu həmyaşıdlarına qarşı keçirəcək. Görüş bu gün saat 18:30-da “Bayıl Arena”da start götürəcək.

Onu da əlavə edək ki, futbol üzrə milli komandamız İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.

Bu gün həmçinin, B qrupunda da ilk turun qarşılaşmaları baş tutacaq. Əvvəlcə Əlcəzairlə Türkiyə münasibətlərini aydınlaşdıracaqlar. Daha sonra isə Fələstin – Oman matçı keçiriləcək.

İslam Həmrəylik Oyunları

Futbol

A qrupu

Səudiyyə Ərəbistanı – Mərakeş - 0:0

“AZAL Arena”

18:30. Azərbaycan – Kamerun

“Bayıl Arena”

B qrupu

12:30. Əlcəzair – Türkiyə

“Bayıl Arena”

16:30. Fələstin - Oman

“AZAL Arena”

Babək Cahandarov

 

Paylaş:
2946

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər