Peterburqda yürüşdə ermənilərlə insident zamanı saxlanılan azərbaycanlılar sərbəst buraxılıb | 1news.az | Xəbərlər
Dünya

Peterburqda yürüşdə ermənilərlə insident zamanı saxlanılan azərbaycanlılar sərbəst buraxılıb

18:43 - 10 / 05 / 2017
Peterburqda yürüşdə ermənilərlə insident zamanı saxlanılan azərbaycanlılar sərbəst buraxılıb

Sankt-Peterburq şəhərində 9 may Qələbə günü münasibəti ilə keçirilən "Ölməz alay" (Bessmertnıy polk) yürüşündəki insident zamanı saxlanılan azərbaycanlılar sərbəst buraxılıb.

1news.az xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

Onun sözlərinə görə, yürüş zamanı ermənilər təxribata əl atıb: “Onlar qondarma rejimin bayrağını əllərində tutaraq şüarlar səsləndiriblər. Bunu azərbaycanlı gənclər görüblər. Onlar yürüşün mühafizəsini təşkil edən OMON-a və polisə qondarma “DQR”in bayrağının yığışdırılması üçün müraciət ediblər. Lakin buna məhəl qoyulmayıb. Bundan sonra azərbaycanlı gənclər ermənilərin əlindən həmin bayraqları alıblar. Bu zaman onların arasında dava düşüb. Hadisəyə dərhal polis müdaxilə edib. 10 nəfər həmyerlimiz polis bölmələrinə aparılıb”.

S. Qasımov konsulluq əməkdaşlarının dünən məsələ ilə məşğul olduqlarını söyləyib: “Müdaxiləmiz nəticəsində polis bölmələrinə aparılan gənclər sərbəst buraxılıb”.

Baş konsul ermənilərin törətdiyi təxribatla bağlı şəhər rəhbərliyinə və müvafiq orqanlara müraciət edildiyini də vurğulayıb.

Qeyd edək ki, oxşar hadisə dünən Moskvada da baş verib. “Ölməz alay” adlı aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq “Artsax” deyə qışqırıblar. “Belarusskaya” metrostansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb. Azərbaycanlı gənc diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb ediblər. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb. Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər. 

1news.az

Paylaş:
763

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər