“Azəri-Çıraq-Günəşli” üzrə bu il ARDNF-ə 1 milyard 960 milyon dollar vəsait daxil olub
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il mayın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 124 milyard 69 milyon ABŞ dolları gəlir əldə edib.
ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən 1news.az-a verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 1 milyard 960 milyon dollar vəsait daxil olub.
1news.az
1830