Avropa Liqası: “Ayaks” və “Mançester Yunayted” finalda – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqası: “Ayaks” və “Mançester Yunayted” finalda – FOTO – VİDEO

09:46 - 12 / 05 / 2017
Avropa Liqası: “Ayaks” və “Mançester Yunayted” finalda – FOTO – VİDEO

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, ilk oyunda səfərdə “Ayaks”a 4:1 hesabı ilə məğlub olan “Lion” möcüzə yaratmağa yaxın olsa da, bunu bacarmayıb. Doğma arenada rəqibinə 3:1 hesabı ilə qalib gələn Fransa təmsilçisi finalın bir addımlığında mübarizəni dayandırmalı olub.

“Ayaks” isə 1995-96 mövsümündən, yəni 21 ildən sonra ilk dəfə avrokubokların finalında oynamağa haqq qazanıb. 

Turnirin əsas favoriti sayılan “Mançester Yunayted” klubu da sensasiyaya imkan verməyib. “Selta” üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan İngiltərə klubu doğma azarkeşlər önündə qələbə qazana bilməsə də iki oyunun nəticəsinə görə finala vəsiqə qazanıb.

Beləliklə, mayın 24-də İsveçin paytaxtı  Stokholmda keçiriləcək final matçında “Ayaks”la “Mançester Yunayted” klubları üz-üzə gələcək.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

11 may

“Lion” (Fransa) - “Ayaks” (Hollandiya) - 3:1

Qollar: Lakazette, 45, 45+1, GezzaL .81  - Dolberq, 27

Baş hakim: Şimon Marçinyak (Polşa)

Lion. “Stad de Luymer”

İlk oyun – 1:4

“Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya) - 1:1

Qollar: Fellaini, 17 - Ronkalya, 85

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:0

Babək Cahandarov

Paylaş:
1072

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər